RUSİYA

Lavrov: Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
Sputnik

BAKI, 25 fevral - Sputnik. Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.

Tərəflər Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər.

Sergey Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.

“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - o bildirib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Daha sonra Baş Qərargah eyni tələbləri təkrar edən növbəti bəyanatı yayıb.