Ermənistanın Baş Qərargah rəisi istefaya göndərildi

Daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.
Sputnik

 

BAKI, 25 fevral — Sputnik. Ermənistan Baş Qərargah rəisi Nikol Paşinyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklər idarə rəhbərləri və komandirləriin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan və məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Bundan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - deyə, Paşinyan qeyd edib.