Ermənistan müxalifəti paytaxt küçələrini bağlayıb

Aksiya iştirakçıları "Nikolsuz Ermənistan" şüarları səsləndirərək həm avtomobillər, həm də özləri yolları bağlayıblar.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Ermənistan müxalifəti səhər saatlarından etibarən paytaxt Yerevanda aksiyalara başlayıb. Sputnik Ermənistan xəbər verir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Belə ki, "Vətənin xilası naminə" hərəkatının tərəfdarları Yerevanın bir sıra küçələrini bağlayıblar.

Aksiya iştirakçıları "Nikolsuz Ermənistan" şüarları səsləndirərək həm avtomobillər, həm də özləri yolları bağlayıblar.

"Daşnaksutyun" partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, Nikol Paşinyan və onun komandası istefaya gedənə qədər etiraz aksiyaları davam edəcək.