CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha yoxsul çinli görə bilməyəcəksiniz - RƏSMİ

Si Tszinpin bildirib ki, 1970-ci illərin sonunda islahatlar və aşkarlıq siyasəti başlayandan kəndlərdə yaşayan 770 milyon nəfər yoxsulluqdan çıxarılıb
Sputnik

BAKI, 25 fevral — Sputnik. “Çin Kommunist Partiyasının və xalqın ümumi səyləri nəticəsində biz yoxsulluqla mübarizədə tam qələbə qazandıq”.

“Report” xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin bildirib.

O deyib ki, son 8 ildə 100 milyon nəfər yoxsulluq həddini aşa bilib. Dövlət başçısının sözlərinə görə, 832 qəza və 128 min kənd yoxsul yaşayış məntəqələri siyahısından çıxarılıb.

Si Tszinpin bildirib ki, 1970-ci illərin sonunda islahatlar və aşkarlıq siyasəti başlayandan kəndlərdə yaşayan 770 milyon nəfər yoxsulluqdan çıxarılıb: “Bu müddət ərzində Çin yoxsulluğun aradan qaldırılması uğrunda qlobal mübarizədə məqsədinə 70 faiz nail oldu. Bu kimi uğurlarla Çin tarixdə qalacaq bir başqa möcüzə yaratdı”.

Xatırladaq ki, Si Tszinpin yoxsulluğa qarşı məqsədli mübarizə ideyasını 2013-cü ildə ölkənin mərkəzində yerləşən Hunan vilayətinə təftiş səfəri zamanı bildirmişdi.