CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü

Görüşdə müzakirə mövzularından biri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər olub
Sputnik

BAKI, 25 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib.

Sputnik Azərbaycan XİN-in məlumatına istinadla bildirir ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.