HADİSƏ

Buzda yıxılıb xəsarət alanlar xəstəxanaya çatdırılıb

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata əsasən, xəsarət alanlardan 35-i kişi, 29-u qadındır.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 35-i kişi, 29-u qadındır.

Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.