İQTİSADİYYAT

Azərbaycan nefti kəskin bahalaşdı

“Azeri Light” nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 25 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,65 dollar (2,53%) artaraq 66,77 dollar təşkil edib.

Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 faiz artaraq 67 dolları keçib. "Brent"in bir barel üçün qiymətinin sonuncu dəfə 67 dolları keçməsi 2020-ci ilin yanvarında qeydə alınıb. “Light” markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 63,42 dollar olub.

Qeyd edək ki, “Azeri Light” nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.