CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə davamiyyət aşağı düşüb

Fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Hava durumu məktəblərin işinə də təsir edib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Qarlı havaya görə Bakıda məktəblərdə davamiyyət aşağı düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, regionlarda isə davamiyyətlə bağlı məlumatlar toplanır. C.Valehov bildirib ki, ümumi nəticələrlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb.