SƏHİYYƏ

Kişilər sağlam olmaq üçün hansı qidaları qəbul etməlidirlər

"Əsas kişi hormonu sayılan testesteronun sintezi qəbul edilən qidanın tərkibindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır".
Sputnik

BAKI, 24 fevral — Sputnik. Kişilərlə qadınların orqanizmi bir-birindən fərqləndiyi kimi güclü və zərif cinsin nümayəndələrinin qida rasionu da müxtəlif olmalıdır. Öz orqanizmini dəstəkləmək və sağlamlığının qayğısına qalmaq istəyən kişilərin rasionunda mütləq qırmızı ət, dəniz bağlığı, midyə, quş əti və nar olmalıdır. Bu barədə RİA Novosti-yə "SberZdorovye" və "SberMarket" xidmətlərindən məlumat verilib.

"Bu qidaların tərkibində çoxlu miqdarda yağ turşusu və testesteron sintezini dəstəkləyən zülal var", – deyə məlumatda bildirilir.

"Metabolik və hormonal xüsusiyyətlərinə görə kişilərin pəhrizi qadınlardan fərqlənməlidir. Kişilərdə əzələ toxuması daha çox inkişaf edib, əzələ kütləsini qoruyub saxlamaq üçün də gündəlik qidada zülalın miqdarı çox olmalıdır. Əsas kişi hormonu sayılan testesteronun sintezi qəbul edilən qidanın tərkibindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır", - deyə "SberZdorovye" xidmətinin diyetoloqu Marqarita Makuxa qeyd edib.

Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

O, həmçinin qeyd edib ki, bitki yağlarında, yağlı dəniz balığında, buğdada, qoz-fındıqda və avokadoda olan faydalı doymamış yağ turşuları orqanizmdə testesteron hormonunun optimal səviyyədə qalmasına səbəb olur. Bundan başqa, kişilərin gündəlik qida rasionunda sink və selen maddələri ilə zəngin məhsullara da ehtiyac var ki, bu elementlər də sarımsaq, dənli bitkilər, banan, kələm, dəniz məhsulları və zəncəfildə daha çoxdur. Fastfudlar, sadə karbohidratlar, spirtli içkilər isə əksinə, kişi hormonlarının sintezinə mənfi təsir göstərir.

"Unutmamalıyıq ki, lif, vitamin və minerallarla zəngin qidaların gündəlik qəbulu sağlamlığı qorumaq üçün çox vacibdir, eyni zamanda, mədə-bağırsaq traktının, ürək-damar, sidik-cinsiyyət sistemi xəstəliklərinin qarşısını alır", – deyə Makuxa vurğulayıb.