CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşınlar bir-birinə girdi, Bakıya gələn yol bağlandı

Fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa başlayıb. Bakı və ətraf şəhərlərdə yollarda nəqliyyatın hərəkətində çətinliklər var. Bəzi yollar buz bağlayıb
Sputnik

Bakı, 24 fevral - Sputnik. Qaradağ rayonunda bir neçə avtomobil toqquşub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı-Salyan yolu, hərbi hissə yaxınlığında baş vermiş zəncirvari qəza səbəbindən Bakı istiqamətində magistral yol bağlanıb.

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bakı və ətraf şəhərlərdə yollarda nəqliyyatın hərəkətində çətinliklər var. Bəzi yollar buz bağlayıb.