Şaxtalı havada Bakıda xeyli adam xəsarət alıb

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar
Sputnik

 

BAKI, 24 fevral — Sputnik. Şaxtalı hava ilə əlaqədar yıxılaraq xəsarət alanlar var. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 13-ü kişi, 14-ü qadın olmaqla 27 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.