Azərbaycanda televiziya əməkdaşları qəzaya düşdülər

Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Telekanalın rəhbərliyi hadisədən dərhal sonra yerli icra orqanları ilə əlaqə saxlayıb.
Sputnik

BAKI, 24 fevral — Sputnik. CBC TV-nin çəkiliş qrupu Tərtər-Bərdə istiqamətində yolda hərəkət edərkən avtomobil qəzasına düşüblər. Sputnik Azərbaycan-ın məlumatına görə, qəzaya səbəb yolların buzlu olmasıdır.

Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Telekanalın rəhbərliyi hadisədən dərhal sonra yerli icra orqanları ilə əlaqə saxlayıb.

Avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.