BAKI, 24 fevral — Sputnik. Fevralın 1-nə əhalinin banklardakı əmanətləri 8 milyard 202,9 milyon manat təşkil edib.
Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 25 milyon manat artıb.
Ötən ilin fevralın 1-i ilə müqayisədə isə əhalinin banklardakı əmanətləri 4,5 faiz azalıb. Həmin dövrdə bu rəqəm 8 milyard 588.5 milyon manat təşkil edib.
Bank sektorunun aktivləri fevralın 1-nə 31 milyard 944,8 milyon manat təşkil edib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 27 milyard 224,1 milyon manat olub.