CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA qarlı günlərdə sərnişinləri dayanacaqdan kənarda da mindirib-düşürməyə icazə verib

Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.
Sputnik

BAKI, 24 fevral — Sputnik. Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.