Rusiyada koronavirusla bağlı son statistika açıqlandı

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4189153-ə çatıb. Rusiyada pandemiya yayılandan 84047-nəfər COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 23 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11823 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 417 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4189153-ə çatıb. Rusiyada pandemiya yayılandan 84047-nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3739344-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,3 milyonu keçib, 2,46 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.