CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brusellyoz xəstəliyinə qarşı monitorinqin keçirilməsinə başlanılıb

Təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək.
Sputnik

BAKI, 23 fevral — Sputnik. Respublika ərazisində brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə monitorinqlərə başlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, monitorinq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilir.

Təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.

Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.