CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN maskaya görə cərimə yazmaqda maraqlı deyil - Müraciət

DİN-in əməkdaşı Ağgül Həmdizadə deyir ki, nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil
Sputnik

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) pandemiya şəraitinin davam etməsi ilə bağlı vətəndaşlara müraciət edib.

Müraciəti çatdıran DİN-in əməkdaşı Ağgül Həmdizadə deyib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir:

“Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır”.