Qar içində susuzdan yananlar: ABŞ ştatı fəlakət yaşayır

Fevralın 20-də ABŞ Prezidenti Co Bayden Texas ştatını güclü qar yağması səbəbindən təbii fəlakət zonası elan edib
Sputnik

BAKI, 23 fevral - Sputnik. Təxminən 9 milyon insan, yəni Texas ştatının əhalisinin üçdə biri şaxta səbəbindən içməli su problemi ilə üz-üzə qalıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə NBC News məlumat yayıb.

Ştatın qubernatoru Qreq Ebbot deyib ki, içməli suyun paylanmasına Milli qvardiyanın əsgərləri və hərbçilər cəlb olunublar. Onlar 3.5 milyon şüşə suyu sakinlərə çatdırıblar. 

Ebbot qeyd edib ki, təmir işlərinə digər ştatlardan da işçilər cəlb olunublar. 

Fevralın 20-də ABŞ Prezidenti Co Bayden Texas ştatını güclü qar yağması səbəbindən təbii fəlakət zonası elan edib. Anormal soyuq ştatda elektrik enerjisinin kəsilməsinə, NEZ və digər müəssisələrin işini dayandırmasına səbəb olub. Bir neçə şəxs həlak olub.