Yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər - Nigar Arpadarai

"Yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar" - deputat.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. "Qazilərə lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.

O bildirib ki, yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər:

"ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar".

Deputat Əli Məsimli də bildirib ki, müharibədə yaralanan qazilərin müalicəsində bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var: “Bunun təmin edilməsi istiqamətində də addımların atılması vacibdir”.

Millət vəkili Tahir Kərimli isə təklif edib ki, dərhal respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılsın, qazilərə vəsiqələr yerində verilsin.