İQTİSADİYYAT

Çörəyin bahalaşdırılması üçün lazım olan əsas bəhanə aradan qaldırıldı

Vergi Məcəlləsinə dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik

BAKI, 23 fevral — Sputnik. Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il ƏDV-dən azad olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 3 il artırılır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.