Azərbaycanda koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyinin bildirdiyinə görə, əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600000, işçi sayı isə 120000 nəfərdir.
Sputnik

BAKI, 23 fevral — Sputnik. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71764 sinifdə qismən ənənəvi tədris təşkil edilib".

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən bildirilib.

Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600000, işçi sayı isə 120000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub:

"1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib".