RUSİYA

İkinci Rusiya bazasına ehtiyac yoxdur – Ermənistan müdafiə naziri

"Ölkələrimiz arasında olan mövcud normativ baza da yalnız bir Rusiya hərbi bazasının statusunu və fəaliyyətini tənzimləyir"
Sputnik

 

BAKI, 22 fevral — Sputnik. Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsinə ehtiyac yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan "RİA Novosti"-yə müsahibəsində bildirib.

"Respublika ərazisində Rusiya Silahlı Qüvvələrinin əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə gəldikdə, hesab edirəm ki, buna elə də ehtiyac yoxdur. Həmçinin ölkələrimiz arasında olan mövcud normativ baza da yalnız bir Rusiya hərbi bazasının statusunu və fəaliyyətini tənzimləyir", - deyə Arutyunyan bildirib.