CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatların vaksinasiyasına başlanılıb

Koronavirusa yoluxmuş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb
Sputnik

BAKI, 22 fevral — Sputnik. Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, deputatların bir hissəsinə artıq peyvəndin birinci dozası vurulub. Deputatlar arasında vaksinasiya könüllü şəkildə aparılır.

Vaksinasiya prosesinin bir neçə gün davam edəcəyi bildirilib.

Koronavirusa yoluxmuş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb.