Biləcəri qəsəbəsi, Yəhya Hüseynov, döngə 5 ünvanı hər kəsin ziyarətgahına çevrilib.
İdeya müəllifi gənc Ağa Mehdi iyul hadisələrindən çox təsirlənərək Biləcəridə yaşadığı məhəllənin divarlarını öz hesabına təmir etdirir. Daha sonra gənc rəssam Elnur Şirinova bu divarlarda qəhrəmanlarımızın portretlərinin əks olunmasını təklif edir. Beləcə ruhsuz, bir zaman heç bir məna ifadə etməyən divarlar həyatı, ölümü ilə tarix yazan Polad Həşimov və digər qəhrəmanların rəsmlərinin çəkilməsi üçün hazır vəziyyətə gətirilir.
İdeya müəllifi bu layihəni davam etdirmək istəyir.