BAKI, 22 fevral - Sputnik. Tərtərdə mülki şəxs minaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.