RUSİYA

Rusiyada koronavirusdan ölənlərin sayı 83 mini keçdi

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4177330-a çatıb. Rusiyada pandemiya yayılandan 83630 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3726388-ə çatıb.
Sputnik

BAKI, 22 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 12604 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 337 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4177330-a çatıb. Rusiyada pandemiya yayılandan 83630 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3726388-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,3 milyonu keçib, 2,46 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.