CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda Avtomobil Yolları Dövlət Agentliyinin balansına 2661 km yol daxildir

Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17543 km uzunluqda avtomobil yolu var. Həmin avtomobil yollarının 4385 km-i respublika, 13158 km-i isə yerli əhəmiyyətlidir.
Sputnik

BAKI, 22 fevral — Sputnik. Hazırda Qarabağ ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına 2661 km yol daxildir. İşğaldan azad edilmiş ərazilərdəki körpülərin sayı isə 90-dır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17543 km uzunluqda avtomobil yolu və 1316 ədəd körpü var. Həmin avtomobil yollarının 4385 km-i respublika, 13158 km-i isə yerli əhəmiyyətlidir.