BAKI, 22 fevral — Sputnik. Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.
Sputnik Azərbaycan xəbər verir ki, qanuna Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar dəyişiklik edilib.
Sənədə görə, qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilib. Bu bölməyə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilib.