RUSİYA

Moskvanın bu hazırlığı yenə Vaşinqtonu qəzəbləndirəcək - Yeni S-400 qalmaqalı

Federal Xidmətdən jurnalistlərə bildirilib ki, yeni təyyarələrin Türkiyəyə tədarükü üçün danışıqların davam etdirilməsinə hazırdırlar.
Sputnik

BAKI, 22 fevral — Sputnik. Rusiya beşinci nəsil "Su-57"-lər də daxil olmaqla, Türkiyəyə ən yeni hərbi təyyarələr tədarük etməyə hazırdır. Sputnik Türkiyə Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinə istindən xəbər verir.

Federal Xidmətdən jurnalistlərə bildirilib ki, yeni təyyarələrin Türkiyəyə tədarükü üçün danışıqların davam etdirilməsinə hazırdırlar.

"Onlar hər şeyi bəyəndilər. Əgər bu təyyarəyə (Su-35 – red.) maraq olarsa, biz bu məsələ ilə bağlı danışıqların davam etdirilməsinə hazırıq. "Su-57" üçün də eyni şeyi deyə bilərəm. Türkiyədən olan tərəfdaşlarımız maraq göstərsələr, biz bu məsələni də nəzərdən keçirə bilərik", - deyə qurumun nümayəndəsi jurnalistlərə bildirib.