CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təzə dəbə minən sosial şəbəkəyə casus damğası vurdular

Clubhouse bu yaxınlarda qalmaqallı teleaparıcı Vladimir Solovyovu iki dəfə bloklayıb, bu gün isə onun "sanksiya siyahısı"na Esquire jurnalının baş redaktoru Sergey Minayev düşüb
Sputnik

BAKI, 21 fevral - Sputnik. Clubhouse istifadəçiləri nəzarətdə saxlayaa bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Sergey Kalaşnikov deyib.

Maraqlıdır ki, parlamentari özü bu şəbəkədən heç vaxt istifadə etmədiyini söyləyib, ancaq əmindir ki, xüsusi xidmətlər onun vasitəsilə insanları izləyirlər.

İlon Maskın Putinə etdiyi təklifə Kremldən cavab gəldi

"Əlbəttə, qoy insanların heç bir şübhəsi olmasın ki, biz tam şəffaf akvariumda yaşayırıq. İnsanların şəbəkəyə istənilən girişi qeydə alınır: kim, kimlə, nə barədə", - deputat "Qovorit Moskva"nın efirində deyib.

Adı Azərbaycan XİN-in "qara siyahısı"na düşmüş digər deputat Vitali Milonov da Kalaşnikovu dəstəkləyib: "Müxtəlif ölkələrin xüsusi xidmət orqanları, xüsusilə də ABŞ bizi izləmək üçün hüdudsuz imkanlara malikdir, çünki biz Amerikanın iOS və Google Android əməliyyat sistemlərindən istifadə edirik".

Clubhouse-da səsli mesajlar yaymaq mümkündür, ancaq danışıqları yazmaq və yaymaq imkanı yoxdur. Tətbiq 2020-ci ildə işə salınsa da bu yaxınlarda populyar olub. Sosial şəbəkəyə qoşulmaq üçün artıq orada qeydiyyatdan keçmiş istifadəçidən dəvət almalısan.

Clubhouse bu yaxınlarda qalmaqallı teleaparıcı Vladimir Solovyovu iki dəfə bloklayıb, bu gün isə onun "sanksiya siyahısı"na Esquire jurnalının baş redaktoru Sergey Minayev düşüb.