CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hazırlıqlı olun, bazar ertəsinə "zəhrimar kimi" hava vəd edirlər

Sinoptiklər həftənin ilk iş günündə paytaxtda və rayonlarda küləyin istiqamətini dəyişərək güclənəcəyini deyirlər. Bəzi yolları buz tutacaq.
Sputnik

BAKI, 21 fevral - Sputnik. Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.