Qazaxıstanda güclü partlayış: ölən və yaralılar var - VİDEO

Hadisənin qaz balonunun partlaması səbəbindən baş verdiyi deyilir. Ərazi əhatəyə alınıb, yanğının söndürülməsi və xəsarət alanların axtarışı davam edir
Sputnik

BAKI, 21 fevral - Sputnik. Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli binada partlayış olub. Hadisə nəticəsində bir nəfər həlak olub.

Bu barədə Sputnik Qazaxıstan xəbər verir. Bildirilir ki, öncə iki nəfərin öldüyü deyilib. Bir qədər sonra isə məlum olub ki, hadisə yerindən 13 nəfər xəstəxanalara çatdırılıb, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiyaya düşən kişi ölüb, qadın isə ağır vəziyyətdədir. 

Hadisənin qaz balonunun partlaması səbəbindən baş verdiyi deyilir. Ərazi əhatəyə alınıb, yanğının söndürülməsi və xəsarət alanların axtarışı davam edir.