SƏHİYYƏ

Məşhur həkimdən qəribə resept: 1 qədəh şərab, 4 fincan qəhvə...

Mütəxəssis deyir ki, qarında piyin çox olması o deməkdir ki, insulinə qarşı həssaslıq yoxdur. İkinci tip diabetin qarşısını almaq üçün isə üç növ içki kifayət edr.
Sputnik

BAKI, 21 fevral - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov ikinci tip şəkərli diabetə meylli insanların hansı qidalardan istifadə etməli olduqlarını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həkim xəstəliyin yaranmasında əsas amillər kimi genetika, yaş və artıq çəkini göstərib. Ancaq bu zaman təkcə bədənin ümumi çəkisini deyil, piylərin bölünmə payını da nəzərə almaq lazımdır. Mütəxəssis deyir ki, qarında piyin çox olması o deməkdir ki, insulinə qarşı həssaslıq yoxdur. 

Uşaqlar doğularkən onların çəkiləri də vacib əhəmiyyət kəsb edir - çünki vaxtından əvvəl doğulan körpələr gələcəkdə diabetə meylli olurlar. Ancaq bu halda da düzgün qidalanma xəstəliyin qarşısını ala bilər. 

"Gündə bir qədəh qırmızı şərab, dörd fincan qəhvə və bir stəkan süd diabet riskini azalda bilər", - Myasnikov "Rossiya-1"in efirində deyib.