SƏHİYYƏ

Quş qripinə yoluxmamaq üçün nə etməli?

H5N8 qripinin alovlandığı ərazilərdə aparılan araşdırmalar bu virusun ölüm dərəcəsinin çox yüksək olduğunu aşkara çıxarıb
Sputnik

BAKI, 21 fevral - Sputnik. Viruslu infeksiyaların müalicəsi və profilaktikası elmi mərkəzinin direktoru Georgi Vikulov quş qripinə yoluxmamaq üçün tövsiyələrini verib.

Mütəxəssis vurğulayıb ki, bu viruslu xəstəliyin alovlanması və epidemiyasının nəticələri yoluxanları arasında ölüm göstəricilərinin yüksək olmasından xəbər verir. Bu səbəbdən də təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək lazımdır.

"Səyahət zamanı, eləcə də ekzotik restoranlarda çiy quş əti və çiy yumurta yeməyin, çünki onlar qrip virusuna yoluxma mənbəyi ola bilər", - Vikulov deyib. 

Vikulov həmçinin vəhşi quşların ətini yeməməyi də məsləhət görüb və əlavə edib ki, ovla məşğul olanların quş qripinə yoluxma riski yüksəkdir.