CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda faciə: 16 yaşlı uşağı naqillərdən FHN işçiləri ayırdılar

2005-ci il təvəllüdlü İsmayıl Muradovun meyitinin transformatordan götürülməsi üçün FHN-ə müraciət daxil olub
Sputnik

BAKI, 21 fevral - Sputnik. Bakının Xəzər rayonunda faciəli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.