SƏHİYYƏ

Alimlər koronavirus immunitetinə dair kəşf ediblər

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq. 
Sputnik

BAKI, 21 fevral - Sputnik. Koronavirusa yoluxub sağalan insanlarda COVID-19-a qarşı immunitet qalır. Sputnik Azərbaycan bildirir ki, Euronews-un məlumatına görə, bunu İnsbruk Tibb Universitetinin mütəxəssisləri kəşf ediblər. 

Avstriyalı alimlər bir il əvvəl Avropada koronavirusa yoluxmanın episentrinə dönən İşgil dağ-xizək kurortunda böyük araşdırma aparıblar. 

"Məlum oldu ki, ilkin tədqiqatda iştirak edən, sonra təkrar müayinəyə gələn insanların 90%-də anticisimlər qalıb. Eləcə də bizim hüceyrə immunitetini müayinə etdiyimiz adamların 70%-də də hüceyrə aktivliyi qorunub saxlanır", - tədqiqatın rəhbəri Vegener Borena deyib. 

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq.