BAKI, 20 fevral — Sputnik. Rusiya Baş nazirinin müavini Tatiana Qolikova, bu gün dövlət televiziyasında verdiyi açıqlamada peyvənd istehsalı haqda danışıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, baş nazirin müanini bildirib ki, cari ili ilk yarısında Rusiya 83 milyon Sputnik V peyvəndi olmaqla ümumilikdə koronavirusa qarşı 88 milyon peyvənd dozası istehsal edəcək.
Qeyd edək ki, Rusiya bu günə qədər 7.9 milyon COVID-19 peyvənd dozası istehsal edib. Bu ilin ilk rübünün sonuna qədər bu rəqəm ümumilikdə koronavirusa qarşı 30,5 milyon doza olacaq.