CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN ötən gün Azərbaycanın cinayət aləmində baş verənləri açıqladı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb. 
Sputnik

BAKI, 20 fevral — Sputnik. Cinayət törətməkdə şübhəli bilinənlər, axtarışda olan şəxslər saxlanılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-ə istinadən, 2021-ci il fevral ayının 19-da daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatı təqdim edirik

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb. 

- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.   

- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. 

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.