BAKI, 19 fevral — Sputnik. "Türkiyədəki ailələrə qarşı çox böyük əməliyyatlar həyata keçirilir. Qərbdə ailənin çöküşü qadının bu müqəddəs vəzifədən uzaqlaşdırılması ilə başladı. Eyni oyunu bizim üzərimizdə də oynamağa çalışırlar. Televiziyası ilə, filmi ilə, musiqiləri ilə və digər yollarla ailəmizə yönəlmiş çox böyük əməliyyatlar keçirilir", - deyə Ərdoğan bildirib.
Ərdoğan vurğulayıb ki, türk qadınlarının siyasət və vətəndaş cəmiyyəti işləri ilə məşğul olarkən ailə içindəki vəzifələrini yerinə yetirə biləcəklərinə inanır: "Biz qadınlarımızın iş həyatında yüksələrkən ailələrinə sahib çıxmağa davam edəcəklərinə ürəkdən inanırıq. Bəziləri bunları bir-birinin alternativi kimi göstərməyə cəhd edir. Təbii ki, onlar türk qadınını tanımırlar".