CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qrup mallara görə gömrükdə rüsum ödənməyəcək

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək"
Sputnik

BAKI, 19 fevral — Sputnik. "Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.