MƏDƏNİYYƏT

Tanınmış müğənnimiz səhnəyə geri dönür - VİDEO

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısı yeni albomu üçün fotosessiya da etdirib. Müğənni bildirir ki, mart ayında yenilikləri ilə sevənlərini sevindirəcək.
Sputnik

BAKI, 19 fevral — Sputnik. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan müğənni Safura Əlizadə yeni albomla geri qayıdır.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı bu barədə "Youtube" kanalındakı vloqda məlumat verib. O bildirib ki, yeni mahnılar üzərində çalışır və mart ayında ifalarını təqdim edəcək. "Avroviziya" mahnı müsabiqəsinin iştirakçısı yeni albomu üçün fotosessiya da etdirib. Müğənni bildirir ki, mart ayında yenilikləri ilə pərəstişkarlarını sevindirəcək.

Qeyd edək ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub və hazırda İstanbulda yaşayır. Cütlüyün İsgəndər, Ayişə və Natiq adlı üç övladı var.