VİDEO

Rusiya və İran hərbçiləri gəmini quldurların əlindən aldılar: Okeanda təlimlər - VİDEO

Hind okeanında Rusiya və İranın birgə hərbi-dəniz təlimi keçirilib. Ssenariyə əsasən hərbiçilər gəmini dəniz quldurlarının əlindən aldılar.
Sputnik

Ssenariyə əsasən, ticarət gəmisinə dəniz quldurları hücum edir. Dənizçilər onu xüsusi təyinatlıların köməyi ilə geri qaytarmalı olurlar. Təlim vaxtı hərbçilər gəminin yedəklənməsi və yanğının söndürülməsi prosesini də sınaqdan keçiriblər.

“Dəniz təhlükəsizliyi kəməri – 2021” təlimi 17 min kvadrat kilometrlik su hövzəsində həyata keçirilib. Hind okeanında baş tutan təlimdən bir fraqmenti videomuzdan izləyə bilərsiniz.