BAKI, 19 fevral - Sputnik. Misin qiyməti qalxaraq 2011-ci ildəki rekordu yeniləyib. Sputnik Azərbaycan bildirir ki, bu, alqı-satqı müqavilələrinin yekununda qeyd alınıb.
Bu günə olan məlumata görə, Comex birjasında mart ayı üçün olan qiymətlər 3,01% bahalaşaraq bir funta görə $4,0183 təşkil edib. Fevralın 18-də London Metal Birjasında alqı-satqının yekunlarına görə isə üç ay sonrakı tədarük üçün bir ton misin qiyməti 1,94% bahalaşaraq $8553 dollara çatıb.
Qeyd edək ki, alüminiumla (1,06% artımla $2137,5/ton) sinkin (1,4% artımla $2855,5/ton) də qiymətləri artıb.