CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavanşir Məmmədov hərracdan aldığı maşınını göstərdi - VİDEO

Pandemiya dövründə əksər sənət adamları geyimlərini, aksesuarlarını, evlərini, avtomobillərini satdığı halda Əməkdar artist Cavanşir Məmmədov yeni avtomobil alıb.
Sputnik

BAKI, 19 fevral — Sputnik. Pandemiya dövründə əksər sənət adamları geyimlərini, aksesuarlarını, evlərini, avtomobillərini satdığı halda, Əməkdar artist Cavanşir Məmmədov yeni avtomobil alıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Rolls-Royce" markalı maşınını Atv kanalında yayımlanan "Günün sədası" proqramında nümayiş etdirib.

Məmmədov qiymətini açıqlamaq istəmədiyi avtomobilini hərracdan aldığını deyib. Sənətçi bildirib ki, maşını Qələbə günü özünə hədiyyə edib.