Azərbaycan paytaxtı bu il də deyəsən qar görməyəcək. Yəni, təbii ki, şəhərin bəzi yerlərinə yağan, lakin yerdə uzun müddət qala bilməyən cəhdləri qar saymasaq.
Avropanın bəzi şəhərlərinin sakinləri isə artıq ürəklə xizəyə keçə bilərlər. Oralarda qarın hündürlüyü 50 santimetrdən çox olub.
Moskvada 1956-cı ildən bəri ən güclü qar qağıb. İstanbulda qar örtüyünün hündürlüyü 20 santimetrə çatıb.
Yunanıstanda güclü qar yağıb, havanın hərarəti isə mənfi 15 dərəcəyə düşüb.
ABŞ-da qar çovğunu ucbatından Texas ştatında 2 milyon nəfərdən artıq insan elektriksiz qalıb.