CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk həkimlər Azərbaycana qeyri-qanuni yolla dərman satıblar - İstintaq başlayıb

Polis Adana Şəhər Səhiyyə İdarəsinin tibbi xidmətlər üzrə müdir müavini Y.C., 4 həkim, 2 səhiyyə işçisi, 2 bioloq, 9 əczaçı, 13 nəfər aptek və dərman firmasında çalışan şəxsin də daxil olduğu 46 şübhəli şəxsə qarşı əməliyyat keçirib.
Sputnik

BAKI, 19 fevral — Sputnik. Adana Şəhər Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları qeyri-qanuni şəkildə resept yazmaqla qazanc əldə edilməsi, ictimai mülkiyyətə zərər vurulması, xərçəng xəstəliyindən əziyyət çəkən Türkiyə vətəndaşlarının müalicəsində istifadə edilməli olan dərmanların Azərbaycan, Suriya, İran və İraqa satmağa cəhd göstərilməsi, xüsusi reseptlə satılan narkotik tərkibli dərmanları reseptsiz satmaqla narkotik maddə ticarətinə yol verilməsində şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

Polis qrupları Adanaya tabe 11 rayonda Adana Şəhər Səhiyyə İdarəsinin tibbi xidmətlər üzrə müdir müavini Y.C., 4 həkim, 2 səhiyyə işçisi, 2 bioloq, 9 əczaçı, 13 nəfər aptek və dərman firmasında çalışan şəxsin də daxil olduğu 46 şübhəli şəxsə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı aralarında Y.C.-nin də olduğu 41 şübhəli həbs olunub. Onlar Adana Məhkəmə Tibb Ekspertiza İdarəsində tibbi müayinədən keçiriləndən sonra polis idarəsinə aparılıblar.

Şübhəli şəxslərə qarşı öz aralarında 12 milyon 523 min 111 lirəlik pul transferi həyata keçirdiklərinə dair iddia irəli sürülüb.

Qalan beş şübhəli şəxsin axtarışı davam edir.