Gürcüstanın Baş naziri istefa verdi

"Şübhəsiz, mən inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək".
Sputnik

BAKI, 18 fevral — Sputnik. Gürcüstanın Baş naziri Georgi Qaxariya istefa verib. Sputnik Gürcüstan xəbər verir ki, öz istefasını Qaxariya bu gün keçirdiyi xüsusi brifinqdə elan edib.

Gürcüstan Baş naziri ölkədə siyasi böhran fonunda istefaya gedib.

"Mən tutduğum vəzifəni tərk etmək barədə qərar qəbul etdim. Şübhəsiz, mən inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək. Çünki mən əminəm ki, polyarizasiya və aramızda qarşıdurma bizim ölkənin gələcəyi, iqtisadi inkişafı və istənilən növ böhran üçün ən böyük riskdir", - deyə Qaxariya qeyd edib.

Qaxariya öz istefasını komandası ilə aralarında fikir ayrılıqları ilə izah edib.