CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir marşrut kart sisteminə keçdi

Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişin nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Fevralın 19-dan etibarən 51 nömrəli marşrut xətti ("Neftçilər" m/s – Naximov küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsi təmin ediləcək. Sputnik Azərbaycan-ın Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumatına görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, son 5 ildə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişin nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.