CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda planlaşdırılan üçtərəfli mühüm görüş son anda təxirə düşdü

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı məlumat yayıb.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefa verib. Öz istefasını Qaxariya bu gün keçirdiyi xüsusi brifinqdə elan edib. Gürcüstan Baş naziri ölkədə siyasi böhran fonunda istefaya gedib.

Baş nazir Giorgi Qaxariyanın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib. Bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək.