QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suqovuşanda mina partlaması bir nəfərin həyatına son qoyub

Laçın rayonundan keçmiş məcburi köçkün, 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu minaya düşərək həyatını itirib.
Sputnik

BAKI, 18 fevral - Sputnik. Bu gün Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində bir nəfər həlak olub.  

Sputnik Azərbaycan xəbər verir ki, həmin şəxs Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğludur. 

Xatırladaq ki, Suqovuşan kəndi 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.